Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı “Regional Təlim və İnkişaf Proqramı-1” layihəsi çərçivəsində “Kompleks Təlim Proqramı”nın açılış mərasimi keçirildi.

27 noyabr 2014 | 16:00

27.11.2014-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Mədəniyyət evində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Şirvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Regional Təlim və İnkişaf Proqramı-1” layihəsi çərçivəsində “Kompleks Təlim Proqramı”nın açılış mərasimi keçirildi. Açılış mərasimindən öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini yad etdilər. Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Təlim proqramında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məsluliyyətli Cəmiyyətinin direktoru Etibar Məmmədov, SUEZ ENVİRONNEMENT şirkətinin Azərbaycan Respublikası üzrə layihə rəhbəri Alain Carbonelə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İşlər idarəsinin rəis müavini Rahid Fətəlizadə, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və 240 nəfər iştirak etdi.

Keçidlər