Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Vətən müharibəsinin qaziləri ilə görüşlər davam edir.

08 yanvar 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də diqqət mərkəzində saxlanılır. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.
   Bu gün növbəti dəfə Şirvan Şəhər İcra Hakimiyyətinin işçi qrupu Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb. Onlar qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. Görüş zamanı qaziləri narahat edən məsələlər qeyd olunub və aidiyyəti üzrə həll olunması ilə bağlı nəzarətə götürülüb.
   Görüşdə şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırıblar.

Keçidlər