Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı qəsəbəsində sakinlərlə görüş keçirilib.

10 yanvar 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Bayramlı qəsəbəsində sakinlərlə görüşüb. Görüşdə Bayramlı qəsəbə icra nümayəndəsi, Salyan Regional Qaz İstismar İdarəsinin  baş mühəndisi, Salyan Regional Qaz İstismar İdarəsinin  Şirvan xidmət sahəsi üzrə rəis müavini və qəsəbə sakinləri iştirak edib.
   Görüş zamanı icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verib və  qeyd edib ki, keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
   Şəhərin bəzi ərazilərinin qaz təminatında yaranan problemin qısa müddətdə aradan qaldırıldığını, qazın verilməsində artıq heç bir problemin olmadığını bildirib. Sakinlər Bayramlı qəsəbəsində də bu məsələnin tənzimləndiyini bildirdi və nəzarətdə saxlanılmasını xahiş etdilər.
    Sakinlər qəsəbədaxili yolun təmiri və işıqlandırılması, telefon xəttinin çəkilməsi, sakinlərin istirahəti üçün kiçik park salınmasını və digər məsələlərlə bağlı icra hakimiyyətinin başçısına müraciət ediblər. Başçı qaldırılan məsələlərin həli istiqamətində tövsiyə və tapşırıqlarını verib və zamanla problemlərin öz həllini tapacağını bildirib.
   Qəsəbə sakinləri onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər