Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı qaziləri qəbul edib.

10 yanvar 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində döyüşərək yaralanan Şirvan şəhər qazilərinə və şəhid ailələrinə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir. Şəhər icra hakimiyyətində yaradılmış işçi qrupu artıq 69 qazi ailəsi ilə evlərində görüşərək onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb.
   Həmçinin bugün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir qrup Vətən müharibəsi qazisini qəbul edib. Öncə Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandlığı Zəfər münasibətilə onları təbrik edib və xidməti borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə onlara öz təşəkkürünü bildirib.
   Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Qarabağ qazilərinə göstərilən dövlət qayğısından söz açan icra hakimiyyətinin başçısı qeyd edib ki, Şirvan şəhərində də qazilərə və şəhid ailələrinə həssas münasibət, diqqət və qayğı həmişə ön planda olub. Dövlətin bu təbəqədən olan insanlara göstərdiyi qayğısının nəticəsidir ki, hər keçən gün qanunlara edilən mütərəqqi dəyişikliklərlə onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu addımlar atılır.
   Sonra Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən qazilər-Əhmədov Zaur Zakir oğlu, Nəsirov Vüsal Teymur oğlu və Heydərov Ramin Moğvil oğlunun valideynləri onları narahat edən problemlərdən danışıblar. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qazilərin problemlərinin bir qisminin tezliklə həll olunması üçün aidiyyəti üzrə göstəriş verib, digər mühüm məsələlərə isə “Yaşat” fondu tərəfindən baxılacağını bildirib.
   İcra başçısı qəbula yekun vuraraq istər dövlət, istərsə də şəhər rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
   Görüşdə iştirak edən ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər