Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı

11 yanvar 2021 | 16:00

T.İsmayılov küçəsi 19 saylı binanın zirzəmisinin çirkab sularla dolması barədə sosial şəbəkələrdə naməlum şəxsin çəkdiyi video yayılıb.
   Bildiririk ki, Şirvan şəhəri üzrə ilkin mərhələdə 76 çoxmənzilli yaşayış binalarının zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulmuşdur. Hazırda 52 yaşayış binasının zirzəmisindən çirkab sular çəkilmiş və kanalizasiya xətləri təmir olunmuş, bu istiqamətdə işlər davam etdirilir.
   Videoda təqdim olunan T.İsmayılov küçəsi 19 saylı binanın və digər yaşayış binalarının mərkəzi və məhəllədaxili xətləri Dövlət Proqramına uyğun olaraq yenilənmədiyindən qeyd olunan binanın  zirzəmisindəki kanalizasiya xətləri hələki təmir olunmamışdır.
   Əlavə olaraq bildiririk ki, su və kanalizasiya sistemlərinin yenilənməsi Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə aparılır. Növbəti mərhələdə bu istiqamətdə işlərə başlanıldıqda qeyd olunan T.İsmayılov küçəsi 19 saylı binanın və digər yaşayış binalarının mərkəzi və məhəllədaxili xətləri yenilənməklə yanaşı, zirzəmidən çirkab suların təmizlənməsi və zirzəmidəki kanalizasiya xətlərinin yenilənməsi təmin olunacaqdır.
   Əmin olun ki, Şirvan Şəhər İcra Hakimiyyətinin bütün fəaliyyəti şəhərimizin abadlaşmasına, gözəlləşməsinə və şəhər sakinlərinin daha rahat yaşayışına xidmət edir.  Ona görə də sosial şəbəkələrdə qərəzli və ya əsaslı yayılan bütün məlumatlar gələcək fəaliyyətimizdə şəhər sakinlərinin rifahı naminə nəzərə alınacaqdır.

Mətbuat xidməti

Keçidlər