Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər Xiyabanında təmir, bərpa və yenidənqurma işləri sürətlə davam edir.

11 yanvar 2021 | 16:00

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Şirvan şəhər gəncləri də şücaət və qəhrəmanlıq göstərmiş, onlardan 20 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir.
    Ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhər qazilərinə və şəhid ailələrinə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir.  İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsində şəhid olanların hər birinin ailə üzvlərinə baş çəkib, şərəfli və ləyaqətli övlad böyütdükləri üçün onlara minnətdarlıq edib, poblemlərini yerində dinləyib. Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupu artıq 69 qazi ailəsi ilə evlərində görüşərək onların qayğıları, səhhətləri, müalicələrinin gedişi ilə maraqlanıb.
   Şəhərin giriş hissəsində salınmış “Şəhidlər Xiyabanı” müqəddəs bir yer kimi şəhər sakinlərinin ziyarətgahına çevrilib. Son günlərdə şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı” əsaslı surətdə yenidən qurulur, səliqə-sahman yaradılır, geniş abadlıq-tikinti işləri sürətlə davam etdirilir. Artıq İkinci Qarabağ müharibəsində şəhid olanların məzarüstü abidələrinin düzəldilməsi üçün hazırlıq işləri başa çatdırılıb, məzarüstü abidələrin quraşdırılması işləri aparılır. Məzarların ətrafına qranit plitələr düzülür, bardyurların düzəldilməsi işləri aparılır. Şəhidlər xiyabanınının hasarında suvaq işləri görülür, Xiyabanın işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılır.   
Giriş qapısının üzərində Azərbaycan Respublikasının şanlı üçrəngli bayrağı ucaldılıb, qapının bayır hissəsində dekorativ güllər əkilmiş sahədə məhəccərlər quraşdırıılır, Xiyabanın ərazisində üzlük işləri aparılır. Xiyabanın torpaq ərazisi şumlanır, ağaclar budanır və ağardılır.
  Şəhidlər Xiyabanınadək 2,5 km piyadalar üçün səkinin salınması işləri yekunlaşmaq üzrədir. Artıq monolit tökmə bordyurlar düzəldilib, asfaltlanma işlərinə başlanılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında görülən işlərlə hər gün yerində tanış olur, aidiyyəti üzrə tapşırıqlar verir. Şəhidlər Xiyabanında tikinti-abadlıq  və səliqə-sahman işlərinin yaxın zamanlarda başa çatdırılması nəzərdə tutulur.
   Şəhər sakinləri şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərinə və Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edir, dövlətimizin bütövlüyü və əmin-amanlığı naminə yumruq kimi birləşdiklərini bildirirlər.

Keçidlər