Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə Medianın İnkişafı Agentliyi yaradılıb.

13 yanvar 2021 | 16:00

Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
   Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6  üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. Fərmanla həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi təsdiq edilib.
   Eyni zamanda, cənab prezidentin 12 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.

Keçidlər