Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə növbəti reyd keçirilib.

13 yanvar 2021 | 16:00

Bir ildən çoxdur ki, yer kürəsinin dörd tərəfinə yayılan yeni növ koronavirus infeksiyasına dünyada ümumilikdə 56 milyondan çox insan yoluxub, təxminən 36 milyon insan sağalıb, 1,34 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralında infeksiyanı COVİD-19 adlandırıb, martın 11-də isə koronovirusu pandemiya elan edib.
   Ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən vaxtında atılan addımlar, verilən müdrik qərarlar Azərbaycan əhalisinin sağlamlığının qorunması və xalqımızın pandemiyadan az itkilərlə xilas olmasına hesablanmışdır. Belə ki, pandemiya zamanı ölkə prezidentinin keçirdiyi müşavirələr, tibb müəssisələrinə və tibbi avadanlığa artan təlabatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili, vətəndaşlara ayrılan sosial yardımlar, tətbiq olunan vergi güzəştləri, sahibkarlara göstərilən dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar çətin karantin günlərində ölkə vətəndaşlarına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
   Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinə uyğun olaraq şəhər ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi, sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması məqsədilə mütəmadi reydlər keçirilir. Reydlər zamanı insanlar arasında sosial məsafənin gözlənilməsi, lazımi fərdi qoruyucu vasitələrdən(maska) və dezinfeksiyaedici maddələrdən istifadə olunması, həmçinin şəxsi gigiyena tələblərinin gözlənilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara riayət etməyən şəxslər haqqında inzibati cəza tədbirləri görülür.
   12 yanvar tarixində keçirilən növbəti reyddə ümumilikdə 183 olmaqla, 155 ticarət, 26 digər obyektlərə və 2 yas mərasiminə nəzarət edilib, 382 vətəndaşa xəbərdarlıq edilib.
   Qeyd edək ki, ölkə üzrə 2021-ci il 18 yanvar saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Keçidlər