Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı şəhər ərazisində görülən işlərlə yerində tanış olub.

13 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün bölgələri, o cümlədən də Şirvan şəhəri sürətlə inkişaf edərək müasir və abad şəhərlərdən birinə çevrilir. Regionların sosial-iqtisadi inkişafına dair çoxsaylı dövlət proqramlarının şəhərimizdə uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri bunun bariz nümunəsidir. Bu gün sözün əsl mənasında Şirvan şəhəri özünün intibah dövrünü yaşayır.
Mərkəzi və məhəllədaxili yolların asfaltlanması, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, yeni qaz, su və kanalizasiya xətlərinin çəkilişi, şəhər sakinlərinin asudə vaxtının səmərli təşkilini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, park və yaşıllıq zolaqlarının salınması Şirvan sakinlərinin dövlətimizə və dövlətçiliyimizə, gələcək inkişafa və tərəqqiyə inamını gücləndirir.
    Yola saldığımız 2020-ci ildə geniş vüsət alan abadlıq-quruculuq işlərinə 2021-ci ildə daha böyük sürətlə start verilib. İlin ilk günlərindən görülən abadlıq işləri onu deməyə əsas verir ki, bu il Şirvan şəhəri üçün uğurlu və yaddaqalan olacaq.
   Bu gün şəhər ərazisində görülən işlərlə yerində tanış olmaq məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov aidiyyəti qrumların rəhbərləri ilə birlikdə abadlıq-quruculuq işləri gedən ərazilərdə olmuş, müvafiq tapşırıqlarını vermişdir.
   Öncə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında davam edən geniş tikinti-quruculuq işləri ilə tanış olan şəhər rəhbərliyi daha sonra Heydər Əliyev prospektinə paralel köməkçi yolun asfaltlanması və piyada səkilərinin salınması işlərinin gedişi ilə maraqlanmışdır.
   Sonda İcra başçısı aidiyyəti qrumların rəhbərləri ilə Şəhidlər Xiyabanına gəlmiş, görülən təmir, bərpa və yenidənqurma işlərinə baxış keçirmişdir. Tikinti-abadlıq və səliqə-sahman işləri ilə bağlı müvafiq tövsiyələrini vermiş, şəhər sakinlərinin müqəddəs şəhidlərimizi mütəmadi  ziyarətini təmin etmək məqsədilə görülən işlərin yüksək keyfiyyətlə yaxın zamanlarda başa çatdırılması ilə bağlı tapşırıq vermişdir.
   Şirvan şəhərində aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən könül xoşluğu, razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Keçidlər