Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi qaziləri ilə görüşlər davam etdirilir.

14 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələrinin və qazilərin sosial problemlərinin araşdırılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupları müntəzəm olaraq ailələrə baş çəkir, onların qayğıları ilə maraqlanırlar.
   Növbəti dəfə işçi qrupları bir qrup qazinin evinə baş çəkib. Görüş zamanı qazilərimiz keçdikləri döyüş yolundan söz açıb, xatirələrini bölüşüblər. Qeyd olunub ki, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etməklə bir daha dünyaya qüdrətini bəyan edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq.
   İşçi qrupun üzvləri qaziləri narahat edən məsələlərlə maraqlanıb, onların qısa müddət ərzində həll olunması üçün səy göstəriləcəyini bildiriblər. Dövlətimiz tərəfindən qazilərin daim qayğı ilə əhatə olunacağını vurğulayıb, yaralıların tezliklə sağalıb həyata dönməsini arzulayıblar.
   Vətən müharibəsinin qaziləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Bildirilib ki, bundan sonra da şəhər İcra Hakimiyyətinin nümayndələri tərəfindən şəhid və qazi ailələrinə ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.

Keçidlər