Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab prezident İlham Əliyev : Yaxın zamanlarda Şuşaya həyat qayıdacaq.

15 yanvar 2021 | 16:00

Səfər zamanı Prezident İlham Əliyev bildirib ki, ermənilər Şuşadakı bütün tarixi binalarımızı dağıdıblar. Şuşada yol qırağındakı binanın üzərində “Şuşi Plaza Hotel” yazısını görən Prezident İlham Əliyev vurğulayıb ki, “Şuşi adlı şəhər yoxdur, Şuşa var”.
   Videoda dövlət başçısı avtomobili idarə edərək, Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında danışıb: “Yüksək gərginlikli xətlər. Baxın, artıq dirəklər də qoyulub, çəkilir. Şuşa şəhərinin işıqlandırılması və gələcək inkişafı üçün bu elektrik xətləri mütləq çəkilməlidir. Qısa müddət ərzində artıq bu ağır relyefi olan ərazidə bunlar qoyulur. Bu onu göstərir ki, yaxın zamanlarda Şuşaya həyat qayıdacaq”.

Keçidlər