Şirvan şəhərində Seçki prosesində yerli icra hakimiyyətləri və Dairə seçki komissiyalarının səlahiyyət və vəzifələrinə həsr olunmuş informasiya sessiyası keçirildi.
06.12.2014-cü il tarixdə saat 11.00-da “Leyla” şadlıq sarayında Azərbaycan Respublikası Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Seçki prosesində yerli icra hakimiyyətləri və Dairə seçki komissiyalarının səlahiyyət və vəzifələrinə həsr olunmuş informasiya sessiyası keçirildi. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramov, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədovun, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov, Avropa Şurasının Azərbaycandakı Ofisi rəhbərinin müavini Teymur Məlikaslanov, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Əlibaba Əliyev və 60 nəfər iştirak etdi.