Şirvan şəhərində gündəlik reydlər keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Şirvan şəhəri ərazisində gündəlik reydlər keçirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə Şirvan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə növbəti reyd keçirilib.
Reyd zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat və maarifləndirmə işləri aparılıb, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələri baradə müvafiq məlumatlar verilib. Aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılıb, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı yerindəcə cərimə tədbirləri tətbiq olunub. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Gün ərzində ümumilikdə 154 ticarət obyektinə və 28 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 398 nəfər sakinə xəbərdarlıq olunub.
Qeyd edək ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq ölkə ərazisində yanvarın 18-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Bir daha bütün vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan yayınmağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırırıq.