Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda xüsusi karantin rejimi qaydalarına riayət edilməsi daim nəzarətdədir.

16 yanvar 2021 | 16:00

Xüsusi karantin rejimininin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasına nəzarət məqsədilə Şirvan şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən mobil qruplar tərəfindən həyata keçirilən reydlər davam edir.
Bu dəfə mobil qrupun üzvləri şəhərdə fəaliyyət göstərən ticarət obyektlərinə və əhalinin sıx toplaşdığı yerlərə baş çəkiblər.
   Reydlər zamanı obyekt sahibləri və sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Onlara Azərbaycan Respöublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.
Həmçinin, insanlar arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
   Gün ərzində ümumilikdə 189 olmaqla, 158 ticarət obyektinə və 28 əhalinin digər daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. 3 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Reydlər zamanı xüsusi karantin rejimi qaydalarına riayət etməyən sakinlər barəsində protokol tərtib edilib, 388 nəfər şəxsə isə şifahi xəbərdarlıq olunub.
   Xatırladaq ki, “Şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət qrupu” tərəfindən keçirilən reydlər müntəzəm olaraq davam edir.

Keçidlər