Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi.

17 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.
   Sərəncama əsasən, Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
   Sərəncamda qeyd edilir ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir.
   Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.  Strategiyanın məqsədi ilk mərhələdə Azərbaycan Respublikası əhalisinin mühüm və yüksək risk qruplarının, növbəti mərhələdə isə əhalinin digər qruplarının vaksinasiyasını həyata keçirməkdir.

Keçidlər