Şirvan şəhərində “Ümidli Gələcək” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin müdafiəsi” layihəsi çərçivəsində konfrans keçirildi.
10.12.2014-cü il tarixdə saat 10.00-da Şirvan şəhər Gənclər və İdman idarəsinin iclas zalında “Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin müdafiəsi” layihəsi çərçivəsində Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə Şirvan şəhərində müvafiq dövlət qurumlarının nümayəndələri üçün məişət zorakılığının profilaktikası və zorakılığa məruz qalmış uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə dair təlim kursları keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rafael Nəsirov və “Məişət zorakılığının qurbanı olmuş üşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi”nin direktoru Məhəmməd Bayramov çıxış etmişlər.