Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı
22 yanvar 2021 | 16:00
Sosial şəbəkələrdə və bəzi saytlarda Aynur İmamverdi qızı Fərzəliyevanın Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Bildiririk ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə kadr təyinatı olunmayıb.
Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik.
Mətbuat xidməti