Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus (COVİD-19) pandemiyası əleyhinə Şirvan şəhərində növbəti reyd keçirilib.

22 yanvar 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış mobil qrupların üzvləri (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhərinin müxtəlif ərazilərində növbəti reydlər keçirmişdir.
   Reyd zamanı mobil qrupların üzvləri  şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə maarifləndirici söhbət söhbət etmiş, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmuşdur.    Koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınması naminə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görüldüyü vətəndaşların diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi mütləq vacibdir. Qrup üzvləri tətbiq olunan xüsusi karantin rejiminin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcəyi faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini vurğulamış və sakinləri mövcud qaydalara riayət etməyə çağırmışlar.
  Gün ərzində ümumilikdə 177 olmaqla, 151 ticarət, 25 digər xidmət obyektlərinə nəzarət edilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 364 nəfərə xəbərdarlıq olunmuşdur.

Keçidlər