Koronavirus (COVİD-19) pandemiyası əleyhinə Şirvan şəhəri ərazisində reydlər davam edir.
Şirvan Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmış mobil qrupların üzvləri tərəfindən infeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhərinin müxtəlif ərazilərində reydlərin keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 nömrəli Qərarı ilə koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmış, 25 yanvar 2021-ci il tarixindən etibarən sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılmış, ölkə ərazisində, o cümlədən Şirvan şəhərində digər iş və xidmət sahələrinin fəaliyyətinə (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla) icazə verilmişdir.
Reydlər zamanı mobil qrupların üzvləri şəhərin küçə və meydanlarında, marketlərdə, xidmət sahələrində, bərbərxana və gözəllik salonlarında vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə maarifləndirici söhbət etmiş, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olmuş, xüsusi karantin rejiminin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcəyi faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyi vurğulanmışdır. Sakinlərə mövcud qaydalara riayət etmək tövsiyyə olunmuşdur.
Qeyd edək ki, gün ərzində ümumilikdə 206 olmaqla, 158 ticarət, 19 bərbərxana və gözəllik salonu, 27 digər xidmət obyektlərinə nəzarət edilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə və yaxınlarına yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 405 nəfərə xəbərdarlıq olunmuşdur.