19 İyul 2022-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyəti başçısı yanında Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin iclası keçirilib
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev,İstehsal və Xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xəqani Məmmədov, Şirvan Bələdiyyəsinin sədr müavini Əlizamin Kərimov, Şirvan şəhər Statistika idarəsinin rəisi Rövşən Yolçiyev, Şirvan Şəhər Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi polis mayoru Nazim Bağırov, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Şirvan şəhər Komitəsinin sədri Cavid Abbasov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli konfederasiyasının Şirvan şəhər üzrə nümayəndəsi Bəhruz Quliyev, Kommunal Kombinatı müəssisəsinin rəisi Dadaş Fərzəliyev iştirak ediblər. Tədbiri giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev açıb. Keçirilən tədbirin məqsəd və əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planın”da görülməsi nəzərədə tutulan işlər barədə ətraflı məlumat verib. Şəhər əhalisinin məşğulluğunu təmin etmək üçün Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi tərəfindən görülən işlərdən danışıb. O, əhalinin məşğulluğunun təmin olunması istiqamətində şəhərdə məqsədyönlü işlərin görüldüyünü, yeni iş yerlərinin yaradıldığını bildirib. Tədbirdə şəhər İcra Hakimiyyətinin İstehsal və Xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xəqani Məmmədov və Şirvan şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçiyev çıxış edərək əhalinin məşğulluğunun təmin oluması istiqamətində qarşıda duran vəzifələrdən, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlərin görülməsinə diqqətin artırılmasının və əhali arasında müvafiq maarifləndirmə işinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib. İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətbuat Xidməti