Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təbriki

02 fevral 2021 | 16:00

Əziz gənclər!

Sizi Azərbaycan Gəncləri Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uğur dolu gələcək və sağlam həyat tərzi arzulayıram.
   Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin nəticəsi olaraq   Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal qüvvəyə çevrilmiş,  dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual, yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmaqdadır.
   Respublikamızda Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin yaradılması və gənclərin sosial problemlərinin həlli sahəsində əldə olunan nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva  tərəfindən Sizlərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
   Bu gün gənclərimiz elm, idman, diplomatiya sahəsində əldə etdikləri uğurlarla ölkəmizin adını yüksəklərə qaldırırlar. Respublikamızın müstəqilliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən vətəndaşlarımızın mütləq əksəriyyəti də gənclərdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak edən gənclərimiz Qələbə naminə canlarını belə qurban verməkdən çəkinmədilər. Ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm!
   Bu cür milli ruha, sağlam əqidəyə, intellektual dünyagörüşə malik gənclərimiz dövlətimizin sabahına daha inamla baxmağa əsas verir.
   Əziz gənclər, Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atmanız diləyilə bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

İlqar Abbasov

Keçidlər