19.10.2022-ci il tarixdə “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Erkən nikah, düşünülməmiş addım” mövzusunda təlim-seminar təşkil olunub.
Seminarda Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsul katibi Rəfail Nəsirov, Şirvan şəhər Polis şöbəsinin rəis müavini Farid Vəliyev, polis kapitanı Aqşin Məmmədli, Mərkəzi şəhər xəstəxanasının həkimi Fərqanə Əliyeva, Gənclər Evinin könüllüləri, Şirvan Peşə liseyinin tələbələri iştirak edib. Təlim-seminar torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Tədbirdə çıxış edənlər gənclərə erkən nikahın doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olduğunu, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, həm sağlamlığına həm də psixologiyasına mənfi təsir göstərdiyini vurğulayaraq, gəncləri təhsilli, intellektual, dünyagörüşlü, öz vəzifə və hüquqlarını bilən gənc kimi yetişməyə səsləyiblər. Sonra təlim iştirakçıları mövzu ilə bağlı fikir və suallarını səsləndirdilər və müzakirələr aparılıb. Sonda erkən nikah haqqında hazırlanmış videoçarx izlənilib.