Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda virusa qarşı reydlər davam edir.

04 fevral 2021 | 16:00

Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar xüsusi karantin rejiminin tətbiqi ilə bağlı şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ictimai nəqliyyatda, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və  profilaktiki tədbirlərin görülməsi  məqsədilə mütəmadi olaraq reydlər həyata keçirir.
   Növbəti reyd zamanı gün ərzində ümumilikdə 243 olmaqla, 156 ticarət, 27 ictimai-iaşə, 26 bərbərxana və gözəlik salonu, 32 digər obyektlərə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejiminin qaydalarına riayət edilməsi ilə bağlı 473 nəfər sakinə xəbərdarlıq olunub.
   Reydlər zamanı ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tapşırıqlarına və sanitar-epidemioloji tələblərə əməl etmələri, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilib.

Keçidlər