Şirvanda Vətən müharibəsi şəhidi Asif Qəribovun xatirəsi anıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni təxribatlarına və təcavüzünə layiqli cavab verən sürətli Zəfər yürüşündə iştirak edib, tarixi torpaqlarımızı işğaldan azad edənlərdən biri də həmyerlimiz, xüsusi təyinatlı Asif Qəribov olmuşdur.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və YAP şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Vətən müharibəsi şəhidi Asif Qəribovun ailəsi ziyarət edildi.
Ziyarət zamanı Vətən müharibəsi Şəhidi Asif Qəribovun əziz xatirəsi yad olunmuş, ruhuna dualar edilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə keçirdiyi görüşlər, onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşır, maddi və mənəvi dəstək göstərir.
Şəhidin anası Mərmər Qəribova oğlunun keçdiyi hərbi xidmət yolundan danışdı. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin işğaldan azad edilməsinə görə” medallarına layiq görüldüyünü qeyd etdi. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhidlər Xiyabanı”nda aparılan abadlıq, yenidənqurma işlərinə, Vətən müharibəsi şəhidlərinin dəfn mərasimlərinin yüksək səviyyədə təşkilinə, qəbrüstü abidələrin ucaldılmasına, “Şəhidlər Xiyabanı”na aparan səkinin salınmasına və şəhərdə aparılan digər abadlıq, quruculuq işlərinə, göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını və təşəkkürünü bildirdi.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Mətbuat xidməti