Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram ölkəmizin on illik inkişaf xəritəsidir.

04 fevral 2021 | 16:00

Sosial- iqtisadi predmetlər hər bir ölkənin dayaq nöqtələrindən biridir. Cəmiyyətin rifah səviyyəsini yüksəltmək üçün daimi nəzarətdə və hər zaman proqresdə olmalı olan məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması bu yöndə atılan qəti və mükəmməl addımdır. Adı çəkilən proqram cəmiyyətdə xaos yarada biləcək risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin müəyyən edilmiş istiqamətlər üzrə əsas prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodlarını, eyni zamanda ölkəmizin gələcək inkişaf mühitini də müəyyən edir. Azərbaycan Sosial-iqtisadi və mədəni həyatında uzun təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Buna səbəb bu günə qədər sosial-iqtisadi, mədəni, mənəvi inkişafın zəruri predmetlərinin daimi təmin olunmasıdır. Yeni təsdiqlənmiş proqram isə bu yolda böyük dəstək qüvvəsidir. Nəzərə alaq ki, Azərbaycan Ordusunun parlaq Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən formalaşacaq qatqısı, logistik sahədə yeni perspektivlər Azərbaycan Respublikasının inkişaf potensialıını artıracaqdır. Əlbəttə ki, yüksələn potensialı daimi nəzarətdə saxlamaq da stratejik və planlama qabiliyyəti tələb edir. 44 günlük müharibədə əldə etdiyimiz uğur regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Kütləvi investisiya axının tənzimlənməsi yolunda nəzərdə tutulan proqram əlahiddə rol oynayacaqdır.
   Ərazi bütövlüyümüzün təmin olunması iqtisadi sferada böyük irəliləməyə gətirib çıxaracaqdır. Bu iqtisadi inkişafın dogru dəyərləndirilməsi ölkəmizin dünya səviyyəsində statistik irəliləməsinə və dinamik reqress xəttinə malik olmasına səbəb olacaq. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya.
   Sosial rifahın yerində olması üçün dövlət daima iqtisadi rifahı yüksək tutmaga çalışmalıdır. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır.Azərbaycan hər zaman potensialı olan sahələrdə inkişaf modeli kimi özünü göstərməyi bacarıb. Sosial-iqtisadi rifahın yüksəlişi üçün nəzərdə tutulan neft kapitalının insan kapitalına çevrilməsi siyasətini ugurla həyata keçirən ölkəmiz dayanıqlı iqtisadi yüksəliş metodlarının tətbiqlərində də model rolunu oynayır. Ölkəmizin hazırki reallıgı bizi bir daha Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi prosesinə önəmli diqqət ayırmaga vadar edir. Azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın irəliləyiş yolunu bir çox iqtisadi uğurlarla kəsişən magistrala çevirir. Hər nə qədər xarici investisiya və xarici təcrübə önəmli olsa da milli maraqlar bütün siyasi aspektlərin başında gəlməlidir. İrəlidəki 10 il ərzində strateji yol xəritəsi rolunu oynayacaq sənədin təsdiqlənməsi 5 əsas punktla ölkənin gələcək inkişaf taktikasını müəyyən edir:
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
   Punktlardan da aydın olur ki, çıxdıgımız yol uzun və çətindir. Lakin hər zaman oldugu kimi, inkişaf, inkişaf yolunda rəqabətlilik ölkəmizin şəxsi seçimidir. Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bəllidir ki, inkişaf rəqabətliliyi strateji olaraq iştirakçı olacaq bütün tərəflərə qazanc verəcəkdir. Daimi xarici investisiya asılılıgı düşüncəsinin qarşısını almaq, mili əmtəəni inkişaf etdirmək çox önəmli məsələdir.
   Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu yolda islahatlar qaçınılmaz və mütləqdir. Nəzərinizə çatdırım ki, ümumi inkişafı və yuxarıda deyilən inkişaf nəticəsini əldə etmək üçün ölkəmiz hissə-hissə effektivliyi dadmalıdır. Əgər hansısa kəndin bir fermeri inkişaf digəri isə iflasa ugrayırsa bu artıq inkişaf zəncirində boşluq yaradır. Nəticə olaraq vurğulamaq lazımdır ki, ölkədə hər hansı bir istiqamətdə gedən inkişaf siyasəti ədalətli və paralel şəkildə aparılmalıdır. Milli prioritetlərin yüksək inkişaf nöqtəsinə çatması günümüzdə iki dayaq nöqtəsiylə daha çox baglıdır; təhsil və ekologiya. Müasir təhsil proressiv xətdədədir. Hazırda pandemiya səbəbilə bütün sistemlər eyni rejimə keçsə də ənənəvi dövrdə Azərbaycan təhsili dünya standartları ilə ayaqlaşmalıdır. Əks halda qurdugumuz inkişaf planları realizasiya oturdula bilməz Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır. Ekoloji proseslərə nəzarət isə günümüzün ən aktual məsələsi və problemidir. “Dayanıqlı İnkişaf Məqsədləri”-nin çox hissəsini ekoloji punktlar təşkil etsə də məlumdur ki, bu gün bu prinsilər öz əksini tam şəkildə tapa bilmir.
   Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması. Sonda qeyd etmək istəyirəm ki, təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram ölkəmizin on illik inkişaf xəritəsidir və özündə yuxarıda qeyd etdiyimi bütün mühüm məsələləri, problemlərin həllini ehtiva edir. Azərbaycan Respublikasının regionun güclü liderlərindən olma planı ölkəmiz və xalqımız üçün düşərli olsun.

Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər