Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul işçisi Samirə İsmayılovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.

04 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Samirə Burcalı qızı İsmayılovaya  vəsiqə və medalın təqdim edilməsi ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
   Tədbirdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may  2006-cı  il tarixli 1476 saylı Sərəncamı ilə 23 iyunun ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi təsis edilməsi Dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Hər il Ölkə başçısı tərəfindən uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və öz vəzifəsini ləyaqətlə yerinə yetirən bir qisim dövlət qulluçusu müxtəlif orden və medallarla təltif edilir. Şəhərimizdə də dövlət qulluqçularının əməyinə yüksək qiymət verilir. Təkcə şəhər  İcra Hakimiyyətində  çalışan  10 nəfərdən artıq dövlət qulluqçusu son illərdə müxtəlif orden və medallarla təltif edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abassov Ölkə başçısının 23 iyun 2020-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılovanı təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb. S.İsmayılovanın işində daim məsuliyyətli olduğunu, peşəsinə diqqət və həssasıqla yanaşdığını vurğulayıb. İcra başçısı qeyd edib ki, dövlət qulluğunda çalışmaq şərəfdir, dövlət qulluqçuları arasında fərqlənmək isə daha böyük qürur hissi yaradır.
   Sonra İlqar Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə”  medalını və vəsiqəsini Samirə İsmayılovaya təntənəli surətdə təqdim edib. Çıxış edən dövlət qulluqçusu Samirə İsmayılova dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, əməyinə verilən yüksək qiymətə görə çox böyük sevinc hissi keçirdiyini və qürur duyduğunu qeyd edib. Təqdim olunan medalın İcra Hakimiyyətinin kollektivinin birgə əməyinə verilən qiymət kimi dəyərləndirib. Ona göstərilən etimadı doğruldacağına, həmişə olduğu kimi bundan sonra da dövlətə və dövlətçiliyə vicdanla, məsuliyyətlə və ləyaqətlə xidmət edəcəyinə söz verib.
   Qeyd edək ki, Samirə Burcalı qızı İsmayılova 2001-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 24 oktyabr 2001-ci ildən Şirvan Şəhər İcra Hakimiyyətində  böyük inspektor, 17 iyun 2003-cü ildən İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində böyük məsləhətçi işləyib. 1 iyul 2012-ci ildən İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışır.
   

Mətbuat xidməti

Keçidlər