Şirvan Şəhər İcra Hakimiyyətində Şura iclası keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2021-ci ildə ilk iclası keçirilib.
Şura iclasını giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə tədbir iştirakçılarını salamlayıb. Şirvan Şəhər İcra Hakimiyyətinin dünyasını dəyişmiş müavinləri Samit Abıyev və Elmira xanım Ağayeva bir dəqiqəlik sükutla yad edilib.
Sonra İcra Hakimiyyətinin başçısı iclasın koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və tapşırıqlarına uyğun olaraq məhdud çərçivədə keçirildiyini, yalnız aidiyyəti üzrə məsul işçilərin iştirak etdiyini bildirib. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən atılan addımlar, verilən müdrik qərarlar sayəsində xalqımız bu bəladan az itkilərlə xilas olmağı bacarıb. İcra başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazandığı Qələbənin hər bir vətəndaşımızda qürur hissi doğurduğunu söyləyib. Torpaq urunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şura iclasının gündəliyini elan edib. İclasda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, şəhər İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarının icra vəziyyəti”, “2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı Şirvan şəhərində həyata keçirilmiş tədbirlərin vəziyyəti barədə”, “Rabitə və poçt sahəsində kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci il ərzində görülmüş işlərin vəziyyəti və perspektiv inkişaf tədbirləri barədə”, “Vətən müharibəsi şəhidlərinin ailələrinin və yaralıların ziyarət olunması üçün yaradılmış qrupların fəaliyyəti və görülmüş işlərin kütləvi informasiya vasitələrində işıqlandırılması barədə” məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin məsul işçiləri geniş məruzə ediblər.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.
Mətbuat xidməti