Şirvanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə növbəti reydlər keçirilib.
Koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinə uyğun olaraq şəhər ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi, sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması məqsədilə mütəmadi reydlər keçirilir. Reydlər zamanı insanlar arasında sosial məsafənin gözlənilməsi, lazımi fərdi qoruyucu vasitələrdən(maska) və dezinfeksiyaedici maddələrdən istifadə olunması, həmçinin şəxsi gigiyena tələblərinin gözlənilməsi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır. Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara riayət etməyən şəxslər haqqında inzibati cəza tədbirləri görülür.
Növbəti reyd zamanı gün ərzində ümumilikdə 247 olmaqla, 154 ticarət, 33 ictimai-iaşə, 28 bərbərxana və gözəlik salonu, 31 digər obyektlərə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejiminin qaydalarına riayət edilməsi ilə bağlı 483 nəfər sakinə xəbərdarlıq olunub.
Reydlər zamanı ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyyə və tapşırıqlarına və sanitar-epidemioloji tələblərə əməl etmələri, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilib.