Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış qruplar şəhid ailələrinin qayğıları ilə maraqlanıb.

06 fevral 2021 | 16:00

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad edilməsində Şirvan şəhərinin gəncləri də misilsiz qəhrəmanlıq nümunələri göstərib, vətənimizin ərazi bütövlüyü uğrunda 19 nəfər şəhidlik zirvəsinə ucalıb, 81 nəfər qazi adını qazanıb.
   Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işi daha da gücləndirmək və bu işə aidiyyatı qurumları cəlb etmək məqsədilə tərkibi şəhər İcra Hakimiyyəti aparatının, şəhər Bələdiyyəsinin, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim nümayəndələrindən, şəhər Polis şöbəsinin əməkdaşlarından ibarət 6 qrup yaradılıb. Qrup üzvləri mütəmadi olaraq şəhid ailərinin, qazilərin evlərində olur, onların qayğıları, qaldırdıqları məsələləri, sosial problemləri ilə maraqlanır, müvafiq qeydiyyatlar aparır, şəhid ailələrinin və Vətən müharibəsi əlillərinin hüquqları barədə mövcud qanunvericiliyə uyğun olaraq onlara lazımi izahatlar verir, maarifləndirmə işi aparırlar. Şəhid ailələri və Vətən müaharibəsi əlillərinin qaldırdıqları məsələlər, sosial problemlər qrup üzvləri tərəfindən xüsusi məlumat formasında qeydiyyata alınaraq şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və aidiyyəti dövlət orqanlarına çatdırılır, həllinə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən nəzarət edilir.
   Növbəti dəfə qrup üzvləri Vətən müharibəsinin şəhidləri Hüseynov Nicat Ziyafət oğlunun, Xəlilov Namiq İlyas oğlunun, Fərəcov Kamran İlqar oğlunun, Məmmədli Cavid Natiq oğlunun, Qəribov Asif Səxavət oğlunun, Şıxəliyev Elvin Sarvan oğlunun, Zülfüqarlı Zeynal Alim oğlunun, Məmmədov Xəqani Füzuli oğlunun və İsmayılzadə Şəhriyar Əkbər oğlunun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Səmimi keçən söhbət zamanı Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğılar, təqaüd və müavinətlərinin artırılması istiqamətində görülən işlər barədə qrup üzvləri tərəfindən izahat aparılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Yaşat Fondu”nun yaradılması, Fond tərəfindən ölkəmizdə və o cümlədən şəhərimizdə də bu kateqoriyadan olan sakinərinin istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanacağı, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər sosial məsələlərlə məşğul olacağı barədə məlumat verilib. Şəhid aillərini narahat edən problemlər qeyd olunub və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlər görüləcəyi bildirilib.
   Sonra şəhid ailələri övladlarının vətənə və dövlətə bağlılığından, mərdliyindən söhbət açaraq xatirələrini bölüşüblər. Övladlarının Vətən qarşısında xidmətlərindən qürur hissi keçirdiklərini dilə gətirən şəhid valideynləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. Dövlət başçısı cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın daim həssas qrupların yanında olduğu kimi, şəhid ailələri də hər zaman dövlətin və dövlət başçısının ətrafında sıx birləşəcəklərini vurğulayıblar.

Mətbuat xidməti

Keçidlər