Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda karantin qaydalarına əməl edilməsi daim nəzarətdədir.

06 fevral 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətində yaradılan xüsusi karantina qaydalarına riayət edilməsinə nəzarət qrupu tərəfindən reydlər davam edir. Reydlər zamanı (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərar və tapşırıqlara ciddi əməl olunmasının vacibliyi xatırladılır, sahibkarlar və sakinlər arasında xüsusi karantin rejimi qaydaları ilə bağlı maarifləndirmə aparılır.
   5 fevral 2021-ci il tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 255 olmaqla, 158 ticarət, 37 ictimai iaşə, 26 gözəllik salonu və bərbərxana, 32 digər xidmət obyektlərinə nəzarət edilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 483 nəfər vətəndaşa xəbərdarlıq olunmuşdur.
   İctimai iaşə və ticarət obyektlərində işçilər arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, binaların mütəmadi dezinfeksiya edilib edilməməsi yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
   Qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.     

Mətbuat xidməti

Keçidlər