Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhəri üzrə əhalinin vaksinləşməsi prosesi davam etdirilir.

09 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasına qarşı ölkəmizdə vaksinləşmə prosesi uğurla davam edir.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Şirvan şəhərində 2021-ci il yanvarın 19-dan həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesinin fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdirilir.
   Hazırda 65 yaş və ondan yuxarı olan və risk qrupuna daxil edilən insanlar arasında vaksinləşmə işi həyata keçirilir. “Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində bu məqsədlə xüsusi otaqlar ayrılmış və könüllülük əsasında vaksinləşmə işi aparılır.
   Vaksinləşmə prosesinin mütəşəkkil keçirilməsi və artıq vaksinləşmə prosesinə cəlb olunan şəxslərin təcrübəsindən istifadə edərək koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə prosesə qoşulanların sayı günbəgün artır.
   Şirvan şəhəri üzrə ümumilikdə 819 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 40 nəfəri 65 yaşdan yuxarı, 357 nəfəri 50-65 yaş arası və 422 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   Qeyd edək ki, peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan şəxslərin öncədən randevu (onlayn növbənin götürülməsi) alması vacibdir. Randevu götürülməsi məqsədi ilə ilk öncə hər hansı bir internet brauzerindən yeni səhifə açıb İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış randevu.its.gov.az ünvanına daxil olmaq lazımdır (Randevu götürülməsi qaydaları barədə Şirvan şəhər İcra Hakimiyyətinin saytında ətraflı məlumat verilib).

Mətbuat xidməti

Keçidlər