Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin ailə üzvlərinin yaşadıqları küçələr asfaltlanacaq.

11 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Şirvan şəhərinin igid oğullarının adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli Şirvan Şəhər İcra Hakimiyyətinin xüsusi diqqətində saxlanılır.
   Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən bir sıra məsələlər 2021-ci ilin görüləcək işlər siyahısına daxil edilmişdir. Vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhidlərimiz Məmmədli Cavid Natiq oğlunun, Şəxəliyev Elvin    Sarvan oğlunun, Məmmədov Röyal Misil oğlunun ailə üzvlərinin yaşadığı M.Aydınov, Naxçıvan və  İ.Qayıbov küçələrində yaxın vaxtlarda abadlıq işləri aparılacaq, asfalt örtüyü salınacaqdır.
   Qeyd edək ki, Şirvan şəhərində mərkəzi və məhəllədaxili küçələrin, xüsusilə şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması işləri davam etdiriləcəkdir.

   Mətbuat xidməti

Keçidlər