Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində vaksinasiya prosesi davam edir.

13 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam edir.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Şirvan şəhərində 2021-ci il yanvarın 19-dan etibarən həyata keçirilən səhiyyə işçilərinin vaksinləşmə prosesi fevralın 8-dən başlayaraq digər əhali qrupları arasında davam etdirilir. Belə ki, vaksinasiya Strategiyasına uyğun olaraq 8 fevral tarixindən başlayaraq 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir. Şəhər əhalisinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülmüş, peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmişdir.
   Hazırda Şirvan şəhəri üzrə ümumilikdə 941 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 162 nəfəri 65 yaşdan yuxarı, 357 nəfəri 50-65 yaş arası və 422 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   Peyvənd olunmaq istəyən yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan şəxslərin öncədən randevu (onlayn növbənin götürülməsi) alması vacibdir.

Keçidlər