Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 20 Yanvar (1990) Faciəsinin 25-ci ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirildi.

20 yanvar 2015 | 16:00

20.01.2015-ci il tarixdə saat 10.30-dan başlayaraq 20 Yanvar (1990) Faciəsinin 25-ci ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, şura üzvlərinin, ictimai-siyasi təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Şəhidlər Xiyabanı" ziyarət edilmiş, "Əbədi məşəl abidəsi" önünə və şəhid məzarları üzərinə gül çələngləri qoyulmuş və şəhidlərin ruhuna dualar oxunmuşdur.

Saat 11.00-da İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimai-siyasi qurumların, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "20 Yanvar abidəsi" önündə ümumşəhər anım mərasimi keçirilmiş, və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, abidə önünə gül çələngləri qoyulmuşdur.

Saat 12.30-da isə İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının və şura üzvlərinin iştirakı ilə “El qəbristanlığın”da uyuyan şəhid məzarları ziyarət edilərək, şəhid qəbirləri üzərinə gül-çiçək dəstələri qoyulmuş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Keçidlər