Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda əhalinin vaksinasiyası ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir.

19 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Şirvan şəhərində 2021-ci il yanvarın 19-dan həyata keçirilən vaksinləşmə prosesi digər əhali qrupları arasında davam etdirilir.
   “Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində bu məqsədlə ayrılmış  xüsusi otaqlar zəruri avadanlıqlarla təchiz edilib, tibb işçiləri təlimatlandırılıb və əhali arasında təbliğat işlərinə başlanılıb.
   COVİD-19 pandemiyasının qarşısının alınması üçün aparılan vaksinasiya ilə bağlı şəhər ərazisində sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara bu işdə məsuliyyətli davranmaları və peyvənd olunmaları tövsiyə edilib. Peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş izahat işləri aparılıb, onlara randevu.its.gov.az saytından qeydiyyatdan keçmələri qaydaları izah edilib. Həmçinin, vaksinasiyanın dövlət hesabına və mərhələli şəkildə tətbiq edilldiyi sakinlərin diqqətinə çatdırılıb.
   Şəhər sakinləri koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərə, xüsusilə COVİD-19 əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Mətbuat xidməti

Keçidlər