Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində əhalinin vaksinasiyası davam edir.

19 fevral 2021 | 16:00

Koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən əhalinin vaksinasiya prosesi Şirvan şəhərində də yüksək səviyyədə davam edir. Peyvəndin virusa qarşı faydalı olduğunu yaxşı anlayan sakinlər vaksinlənmədə könüllü iştirak edirlər.
Bu günə qədər Şirvan şəhəri üzrə ümumilikdə 1608 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 646 nəfəri 65 yaşdan yuxarı, 469 nəfəri 50-65 yaş arası və 493 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   Vaksinasiyanın əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
   Qeyd edək ki, ilk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan şəxslərin peyvənd olunması nəzərdə tutulub.
     
Mətbuat xidməti

 

Keçidlər