Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ilk çərşənbə-Su şərşənbəsidir.

23 fevral 2021 | 16:00

Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə birləşdirən Novruz bayramına az qalıb. Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunur. Yazın-Novruzun ilk müjdəçiləri olan çərşənbələrin qeyd olunmasına xalqımız tarix boyu çox önəm verib. Çərşənbələrin hər birinin özünəməxsus ayin və mərasimləri var.
   Bu gün fevralın 23-ü ölkəmizdə Novruzun ilk çərşənbəsi-Su çərşənbəsi qeyd olunur. Su həyat mənbəyi, aydınlıq rəmzi hesab olunur. İnama görə həmin gün sular təzələnir.
   Bu yaz digərlərindən ona görə fərqlənir ki, bu il Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma torpaqlarımızda 30 ildən sonra ilk dəfə yaz ətri duyulacaq, tonqallarımız qalanacaq, sular da, torpaq da bir başqa oyanacaq. Xalqımıza bu xoşbəxtliyi yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. 
   Qeyd edək ki, bu il Od çərşənbəsi martın 2-nə, Yel çərşənbəsi martın 9-na, axırıncı-Torpaq çərşənbəsi isə martın 16-na təsadüf edəcək.
   Bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq.

   Mətbuat xidməti

Keçidlər