Şirvan şəhərində əhalinin vaksinasiyası davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Şirvan şəhərində də vaksinasiya kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə sakinlərə peyvəndlərin vurulması üçün “Şirvan Mərəkəzi Xəstəxanası” publik hüquqi şəxsində hər cür zəruri şərait yaradılmışdır. Hazırda Şirvan şəhəri üzrə ümumilikdə 2293 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Onlardan 840 nəfəri 65 yaşdan yuxarı, 780 nəfəri 50-65 yaş arası və 673 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Mətbuat xidməti