Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində COVİD-19 pandemiyasına qarşı mübarizə məqsədilə reydlər davam edir.

24 fevral 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qrupların üzvləri koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə 23 fevral 2021-ci il tarixində şəhərin müxtəlif ərazilərində reydlər keçirib.
   Növbət reyd zamanı mobil qrupların üzvləri tərəfindən şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edilərək karantin rejimi qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə aparılıb. Koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görüldüyü vətəndaşların diqqətinə çatdırılıb.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına və sanitar-epidemioloji tələblərə əməl etmələri, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi izahat işləri aparılıb.
   Mobil qrupların üzvləri tətbiq olunan karantin rejiminin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcəyi faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri qaydalara riayət etməyə çağırıblar.
   Reyd zamanı ümumilikdə 247 olmaqla, 155 ticarət, 32 ictimai iaşə, 28 gözəllik salonu və bərbərxana, 30 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarına riayət etməyən 477 vətəndaşa xəbərdarlıq olunub.

Mətbuat xidməri

Keçidlər