Şirvan şəhər 1 saylı İnzibati Ərazi Dairəsinin hesabat yığıncağı keçirildi.
27 yanvar 2015 | 16:00
27.01.2015-ci il tarixdə saat 11.00-da Şirvan şəhər Mədəniyyət evində Şirvan şəhər 1 saylı İnzibati Ərazi Dairəsinin 2014-cü ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncaqda Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.Camalov, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının I müavini S.Abıyev, Ərazi İdarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri H.Həsənov, hüquq mühafizə orqanları rəhbərləri, şura üzvləri və 250 nəfər iştirak etdi.