Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda infeksiyaya yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

25 fevral 2021 | 16:00

Koronavirus (COVİD-19) infeksiyasına yoluxma riskinin azaldılması istiqamətində Şirvan şəhərində zəruri tədbirlər davam etdirilir. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər İcra Hakimiyyətində yaradılmış 35 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində və qəsəbələrdə, xüsusilə əhalinin sıx olduğu məkanlarda, eləcə də ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri, maarifləndirici söhbətlər aparılır.
   24 fevral 2021-ci il tarixində keçirilən növbəti reyd zamanı ümumilikdə 225 olmaqla, 143 ticarət, 29 ictimai iaşə, 25 bərəbərxana və gözəllik salonu, 27 digər xidmət obyektlərinə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Karantin qaydalarına riayət etməyən 412 vətəndaşa xəbərdarlıq olunub.
   Əhalinin sağlamlığının qorunması məqsədi ilə şəhərin küçə və prospektləri xüsusi texnikalarının köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulur, Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiyaedici maddələrlə sanitar-gigiyenik işlər aparılır.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqları və sanitar-epidemioloji tələblərlə bağlı məlumatlar dövrü olaraq şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında və rəsmi internet saytında yayımlanır.

   Mətbuat xidməti

Keçidlər