Birinci vitse-prezident Mehriban xanım Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
26 fevral 2021 | 16:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir : "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".
AZƏRTAC