Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda vaksinasiya olunmaq istəyənlərə səyyar xidmət göstərilir.

26 fevral 2021 | 16:00

Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə respublikamızın bütün bölgələrində olduğu kimi Şirvan şəhərində də əhalinin  peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
   Artıq əhalinin vaksinasiya olunmasında operativliyin təmin edilməsi məqsədilə Köhnə şəhər ərazisində və Bayramlı qəsəbəsində səyyar məntəqələr yaradılıb. Xəstəxanaya gəlmək imkanı olmayan vətəndaşlara səyyar xidmət göstərilir.
   Bu günə kimi Şirvan şəhəri üzrə ümumilikdə 2658 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub ki, onlardan 962 nəfəri 65 yaşdan yuxarı, 947 nəfəri 50-65 yaş arası və 749 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
Vaksinasiya ilk mərhələdə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarını, növbəti mərhələdə isə digər qrupları əhatə edəcək.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

   Mətbuat xidməti

Keçidlər