İntiqamın alındı, Xocalım!” mövzusunda onlayn seminar keçirildi.
26 fevral 2021-ci il tarixdə “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar “İntiqamın alındı, Xocalım!” mövzusunda onlayn seminar təşkil olundu. Onlayn seminardan öncə Şirvan Gənclər Evinin kollektivi, könüllülər və Vətən müharibəsi qazisi Hüseyn Əliyevin iştirakı ilə Şirvan şəhər Şəhidlər xiyabanı ziyarət olundu, şəhidlərimizin ruhuna dualar oxundu, məzarları üzərinə tər güllər düzüldü.
Onlayn seminarın açılışında şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Seminarda çıxış edənlər iştirakçılara Xocalı faciəsi və düşmənlərimiz tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələr, o cümlədən erməni işğalçılarına qarşı fədakarcasına mübarizə aparan Milli Qəhrəmanlarımız haqqında geniş məlumat verdilər. Gənclər Evinin fəal üzvü Dəmirova Fatimənin Xocalı faciəsi haqqında hazırladığı video-çarx nümayiş olundu. Sonda gənclər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.