Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Xocalı soyqırımının qurbanları yad edilib.

26 fevral 2021 | 16:00

Xocalı soyqırımının 29-cu ildönümü respublikamızın paytaxt və regionlarında olduğu kimi, Şirvan şəhərində də hüzn və ehtiramla qeyd olunub.
   Şəhərin mərkəzi meydanında və küçələrində, dövlət idarələrinin binalarında Azərbaycan Respublikasının dövlət bayraqları endirilib.
   Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün Şirvan şəhərinin Bayraq meydanında anım mərasimi keçirilib. Mərasimdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasim iştirakçıları Xocalı soyqırımını ermənilərin təkcə azərbaycanlılara qarşı  deyil, bəşəriyyətə qarşı törətdiyi cinayət əməli olduğunu bildiriblər. Bu cinayətlər 44 günlük Vətən müharibəsində də müasir dünyanın gözü qarşısında ən ağır formalarda davam edib. Azərbaycanın mülki vətəndaşları, yaşayış məskənləri və infrastrukturu ağır artilleriya və raket zərbələrinə məruz qalıb. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həm diplomatik görüşlərdə, həm də döyüş meydanında ermənilərə tutarlı cavab verilib. Qeyd olunub ki, Şanlı Qələbədən sonra xalqımız başını dik tutaraq Xocalıya ədalət tələb edir.
   Bakı vaxtilə saat 17:00-da Şirvan şəhərinin bütün ərazisində, idarə, müəssisə və təşkilatlarda Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, səs siqnalları verilib.
   Anım mərasimindən sonra mərasim iştirakçıları Şirvan şəhərinin Şəhidlər Xiyabanını ziyarət edib,  naməlum əsgər abidəsinin önünə tər gül dəstələri qoyaraq Vətən yolunda canından keçmiş qəhrəmanların xatirəsini böyük ehtiramla yad ediblər.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

   Mətbuat xidməti

Keçidlər