Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejimi ilə əlaqədar reydlər davam edir.

01 mart 2021 | 16:00

Xüsusi karantin rejimininin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasına nəzarət məqsədilə Şirvan şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən mobil qruplar tərəfindən həyata keçirilən reydlər davam edir.
   Bu dəfə mobil qrupun üzvləri şəhərdə fəaliyyət göstərən ticarət obyektlərinə və əhalinin sıx toplaşdığı yerlərə baş çəkiblər.
   Reydlər zamanı obyekt sahibləri və sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Onlara Azərbaycan Respöublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl olunmasının vacibliyi xatırladılıb.
   Həmçinin, insanlar arasında sosial məsafənin təmin edilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə olunub-olunmaması yoxlanılıb. Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
   Növbəti reyd zamanı ümumilikdə 218 olmaqla, 137 ticarət, 30 ictimai iaşə, 26 gözəllik salonu və bərbərxana, 24 digər xidmət obyektlərinə nəzarət edilib. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 407 nəfər vətəndaşa xəbərdarlıq olunub.
   Qeyd edək ki, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.     

Mətbuat xidməti

Keçidlər