Şirvanda COVID-19 əleyhinə vaksinasiya davam edir.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şirvan şəhərində də əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Bu məqsədlə sakinlərə peyvəndlərin vurulması üçün “Şirvan Mərəkəzi Xəstəxanası” publik hüquqi şəxsində hər cür zəruri şərait yaradılmışdır. Hazırda Şirvan şəhəri üzrə ümumilikdə 2926 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Onlardan 1035 nəfəri 6 5 yaşdan yuxarı, 1120 nəfəri 50-65 yaş arası və 771 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
Bu məqsədlə əhalinin peyvənd olunması prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiyanın birinci mərhələsində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunurlar. Artıq 50 yaşdan yuxarı vətəndaşların da peyvəndlənməsi kampaniyası həyata keçirilir.
Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Peyvənd vurulan vətəndaşlar peyvəndin ölkəyə gətirilməsinə və əlçatanlığının təmin olunmsın görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Mətbuat xidməti