Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov COVİD-19 əleyhinə peyvənd olunub.

02 mart 2021 | 16:00

Ölkəmizin bütün regionlarında olduğu kimi, Şirvan şəhərində də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
   2 mart 2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vaksinasiya prosesinin gedişi ilə maraqlanmaq və peyvənd olunmaq məqsədilə Şəhər Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub, lazimi tövsiyələrini verib.   
   Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru İlham Mustafayev əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün xəstəxanada bütün zəruri tədbirlərin görülməsi,  bu məqsədlə ayrılmış xüsusi otaqların TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilməsi barədə məlumat verib. Qeyd edib ki, İlqar Abbasov bu gün Şirvan şəhərində COVİD-19 əleyhinə peyvənd olunan 200-cü vətəndaş olub.
   Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov peyvəndən öncə həkim tərəfindən müayinə edilib, hərarəti və təzyiqi ölçülüb. Daha sonra vaksinasiya üçün ayrılmış xüsusi otaqda tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunub. İlqar Abbasov qaydalara uyğun olaraq, həkim nəzarəti altında 30 dəqiqə gözləmə otağında saxlanılıb.
Bu gün Şəhər İcra Hakimiyyətinin bir çox əməkdaşları da peyvənd olunub və özlərini yaxşı hiss etdiklərini bildiriblər.
   Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən İcra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətində  olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu ümumşəhər kampaniyasında  hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
   Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
         

Mətbuat xidməti

Keçidlər