Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda əhalinin vaksinasiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.

04 mart 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Şirvan şəhərində 2021-ci il yanvarın 19-dan həyata keçirilən vaksinləşmə prosesi digər əhali qrupları arasında davam etdirilir.
   Hazırda Şirvan şəhəri üzrə ümumilikdə 3892 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Onlardan 1183 nəfəri 65 yaşdan yuxarı, 1923 nəfəri 50-65 yaş arası və 786 nəfəri isə 50 yaşadək olan şəxslərdir.
   COVİD-19 pandemiyasının qarşısının alınması üçün aparılan vaksinasiya ilə bağlı şəhər ərazisində sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara bu işdə məsuliyyətli davranmaları və peyvənd olunmaları tövsiyə edilir. Peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə geniş izahat işləri aparılır, onlara randevu.its.gov.az saytından qeydiyyatdan keçmələri qaydaları izah edilir. Həmçinin, vaksinasiyanın dövlət hesabına və mərhələli şəkildə tətbiq edilldiyi sakinlərin diqqətinə çatdırılır.
   Şəhər sakinləri koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərə, xüsusilə COVİD-19 əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə    Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər