Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri davam edir.

04 mart 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qrupların üzvləri koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə şəhərin müxtəlif ərazilərində reydlər keçirib.
   Reydlər zamanı şəhərin küçə və parklarında, marketlərdə, ictimai iaşə obyektlərində vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edərək, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə tanış olublar.
   Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban Xanım Əliyevanın  rəhbərliyi ilə bütün zəruri tədbirlərin vaxtında görülməsinin və xüsusi karantin rejiminin tətbiq olunmasının nəticəsi olaraq infeksiyaya yoluxma sayının azalmasının arxayınlıq yaratmamasının, virus əleyhinə tədbirlərin davam etdirilməsinin vacibliyi şəhər sakinlərinin nəzərinə çatdırılıb.
Qeyd edilib ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi vacibdir.      Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyi ətraflı izah edilmişdir.
   Reyd zamanı gün ərzində ümumilikdə 246 olmaqla, 151 ticarət, 37 ictimai iaşə, 27 gözəllik salonu və bərbərxana, 29 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 487 nəfər şəhər sakininə xəbərdarlıq olunub.

   Mətbuat xidməti

Keçidlər